Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan: "Altılıq platformasının yaradılması ilə bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın"
Ərdoğan: "Altılıq platformasının yaradılması ilə bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın"16-06-2021, 16:38. Yazar: Admin |
“Bütün baş verənlər Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır”. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin bugünkü xüsusi iclasında çıxışı zamanı deyib. Ərdoğan bildirib: “Misal olaraq, Zəngəzur dəhlizində işləməyə başlayacaq dəmiryolu ilə ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya gedə biləcəklər. Bununla da öz-özlərinə tətbiq etdikləri blokadadan azad ola biləcəklər. Qardaşımla birlikdə təklifimizi etdik. Təklif etdik ki, altı ölkə birgə platforma quraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platformanın yaradılması ilə artıq bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın”. "Bu məsələdə Gürcüstanın bəzi özünəməxsus sualları vardı. Gürcüstanın baş naziri ilə son Türkiyə səfərində bunu danışdıq və dedim ki, bu Gürcüstanın lehinə olacaq. Bu addımı ataq. Biz Ermənsitanla aramızda olan problemi bilirik. Lakin bütün bunlara rəğmən azərbaycanlı qardaşlırımızın da problemlərinin həll olunmasını istəyirik. Eynilə sizin də Rusiya ilə problemləri həll etməyinizdə platform vəsilə olacaq. Dedi çalışarıq. Yaxşı olar dedik. Çünki bu bölgənin sülhə ehtiyacı var", - Ərdoğan əlavə edib. Geri dön |