Ana Sayfa > Karusel / Cəmiyyət > “Atamın məzarı dövlət tərəfindən bərpa edildi…”-Əliyar Əliyevin oğlu…

“Atamın məzarı dövlət tərəfindən bərpa edildi…”-Əliyar Əliyevin oğlu…


16-06-2021, 16:32. Yazar: Admin
“Atamın məzarı dövlət tərəfindən bərpa edildi…”-Əliyar Əliyevin oğlu…
“Bir həftədir ki, Qubadlıda doğma kəndimizdəyik. Atamın məzarını bərpa etmək üçün gəlmişik” 
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Əliyar Əliyevin oğlu, ehtiyatda olan zabit Emin Əliyev deyib. E.Əliyev atasının məzarının dövlət tərəfindən bərpa edildiyini bildirib: 
“Atamın məzarı dövlət tərəfindən bərpa edildi. Biz də bir həftədir ki, buna görə Qubadlıya gəlmişik, qəbirin yerini düzəldirik. Artıq işlər tamamlanmaq üzrədir. İnşallah sabaha, birisi günə Bakıya qayıdacağıq. Təbii ki, bir şəhid ailəsi kimi ölkə rəhbərimizə, dövlətimizə öz minnətdarlığımızı bildiririk. Atamın ruhu indi şaddır, çünki onun məzarı düşmən tapdağından azad edildi”.
 Qeyd edək ki, E.Əliyev həmçinin Qubadlı rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışır. 
 

Geri dön