Ana Sayfa > Karusel / Siyasət > Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"


16-06-2021, 16:20. Yazar: Admin
title

“Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını dağıdanları görməyənlər azadlıq mübarizəsi üçün səfərbər olmuşdular. Gəlsinlər, Qarabağı, Füzulini görsünlər. Dünən oraları gördük. Onlar gələn zaman işğalçı, gedən zaman isə tar-mar edənlərdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar: “Amma onlar hər yeri dağıtdılar. Onların dağıtdıqları yerləri Azərbaycan yenidən inşa edir. Birlikdə oraları inşa edəcəyik və yeni Qarabağ ortaya gətirəcəyik”.


Geri dön