Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.
Qarabaginfo.az-ın xəbərinə görə, toplantıda iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib.
Türkiyə Prezidenti iclasda deputatların önündə çıxış edəcək.