Ana Sayfa > Karusel / Gündəm > Moskva Şuşa Bəyannaməsinə hələ ki soyuqqanlı yanaşır
Moskva Şuşa Bəyannaməsinə hələ ki soyuqqanlı yanaşır16-06-2021, 12:26. Yazar: Admin |
“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri və Şuşada azərbaycanlı həmkarı İlham Əliyevlə imzaladığı Bəyannamə Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi hələ ki soyuqqanlıdır, xüsusi açıqlamaları yoxdur”.
Buna baxmayaraq, Rusiyadakı şovinist qüvvələr Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsini və Türkiyənin Qarabağda möhkəmlənməsini Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması, hətta Turanın qurulmasına atılan ilk addım kimi qiymətləndirə bilərlər. Bu onların işidir. Bizim işimiz strateji müttəfiqlə əlaqələri daha üst səviyyəyə qaldırmaq, İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusunu Türkiyə ordusunun kiçik modeli halına gətirmək, Qarabağda yerdə qalan separatçıları tərksilah etmək, Ermənistanla sərhəddi tam nəzarətə götürmək, azərbaycanlıların Qarabağın bütün məntəqələrinə qaydışını təmin etmək və Zəngəzur dəhlizini işə salmaqdır”, - E.Şahinoğlu bildirib. Geri dön |