Milli Məclisin növbəti iclası martın 6-da keçiriləcək.
"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, artıq iclasın gündəliyi də məlumdur.
Gündəliyə 24 məsələ daxil edilib.
Gündəlikdə Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında, “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya qanununda dəyişiklik edilməsi, Seçki Məcəlləsində dəyişiklik edilməsi, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişikliklər edilməsi, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi, “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi, “Yaşayış minimumu haqqında” qanunda dəyişikliklər edilməsi, “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi, “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri var.
Bundan əlavə, “Yaşıllıqların mühafizəsi haqqında”, “Sosial sığorta haqqında” qanunda, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda, “Milli Məclisin deputatının statusu haqqında” qanunda, “Sosial müavinətlər haqqında”, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunda, “Dövlət rüsumu haqqında” qanunda, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi təklif edilir.
“Ələt azad iqtisadi zonası haqqında” və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihələri də iclasın gündəliyində yer alıb