Ana Sayfa > Karusel / Gündəm / İdman > Uels - Türkiyə oyununa 29 minə yaxın bilet satılıb

Uels - Türkiyə oyununa 29 minə yaxın bilet satılıb


16-06-2021, 10:16. Yazar: Admin

Uels - Türkiyə oyununa 29 minə yaxın bilet satılıb

Bu gün Uels və Türkiyə yığmaları arasında Bakıda keçiriləcək Avropa çempionatının A qrupunun oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, qarşılaşma üçün 29 minə yaxın bilet satılıb. Assosiasiyası rəsmisi bilet satışının davam etdiyini və çox az sayda biletin qaldığını sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə görüşü saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.


Geri dön