Ana Sayfa > Karusel / Sosial > Sabahın hava proqnozu
Sabahın hava proqnozu15-06-2021, 11:40. Yazar: Admin |
İyunun 16-da gözlənilən hava şəraiti açıqlanıb. ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23 isti, gündüz 28-33 isti, Bakıda gecə 21-23 isti, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Tibbi-meteoroloji proqnoz İyunun 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında bəzi yerlərdə duma olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 32-37 isti, dağlarda gecə 10-15 isti, gündüz 20-25 dərəcə isti olacaq. Geri dön |