Ana Sayfa > Karusel / Gündəm > Mikayıl Cabbarov: "Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq"

Mikayıl Cabbarov: "Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq"


14-06-2021, 17:27. Yazar: Admin

Ərazilərin işğaldan azad edilməsi nəticəsində yaranan yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

O əlavə edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

Mikayıl Cabbarov | Report.az


Geri dön