Ana Sayfa > Karusel / Dünya > Səfir: "Xocalı faciəsinə görə məsuliyyət daşıyan hər kəsin ədalət məhkəməsində hesab verməsinin vaxtı çoxdan çatıb

Səfir: "Xocalı faciəsinə görə məsuliyyət daşıyan hər kəsin ədalət məhkəməsində hesab verməsinin vaxtı çoxdan çatıb


26-02-2018, 11:22. Yazar: Admin

 

sefir xocali faciesine gore mesuliyyet dasiyan her kesin edalet mehkemesinde hesab vermesinin vaxti coxdan catib

"Biz hər zaman Xocalı üçün ədalət istəməyə davam edəcəyik".

 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

Bu gün Xocalı dəhşətinin 26-cı ildönümünün qeyd edildiyini vurğulayan səfir bildirib ki, Xocalı faciəsinə görə məsuliyyət daşıyan hər kəsin ədalət məhkəməsində hesab verməsinin vaxtı artıq çoxdan yetişib: "Onlar indi özlərini qəhrəman kimi aparır, amma mütləq hesab verməlidirlər". 

Səfir faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib


Geri dön