Ana Sayfa > Karusel / Region > Qubada iki azyaşlı uşağı tok vurdu - biri öldü

Qubada iki azyaşlı uşağı tok vurdu - biri öldü


14-06-2021, 11:02. Yazar: Admin

Qubanın Zərdabi qəsəbədində bədbəxt hadisə baş verib.

 

Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, iki uşağı elektrik vurub, biri ölüb. Qəsəbə sakinləri, 12 yaşlı Polad Fərhad oğlu Poladov və 13 yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar. Nəticədə Polad Fərhadov yerindəcə, Uğur Bayramov isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu deyilir.

 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

 

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma başlanılıb.


Geri dön