Ana Sayfa > Karusel / Gündəm / Qarabağ > "Əl bombasını çıxartdı və dedi ki: "Ya partladacağam, ya da dayanın" - Sərhəddə insident yaşanıb

"Əl bombasını çıxartdı və dedi ki: "Ya partladacağam, ya da dayanın" - Sərhəddə insident yaşanıb


14-06-2021, 10:59. Yazar: Admin
title

“Dünən Sünik bölgəsində əsgərlərimizlə azərbaycanlılar arasında insident yaşanıb”.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Teğ genişləndirilmiş icmasının rəhbəri Nerses Şadunts “Tert.am”a açıqlamasında bildirib.

“Bizimkilər çəmən biçirdilər. Bu zaman təxminən 500 metr dərinliyə getdilər və sərhədi keçdilər. Düşmən silahlı şəkildə yaxınlaşdı, traktor və avadanlıqları götürmək istədilər. Oğlanlarımızdan birində əl bombası var idi, onu çıxartdı və dedi ki, “ya gürzü partladacağam, ya da dayanın”, - deyə Şadunts qeyd edib.

Onun sözlərinə görə, məsələyə dərhal rus sülhməramlı qoşunları, erməni sərhəd qoşunlarının komandiri, 1-ci Ordu Korpusunun komandiri qarışıb.

“3,5 saat davam edən danışıqlar nəticəsində avadanlıq geri gətirildi, onu birtəhər geri gətirdik. Kənddəki bütün gənclər orada idi”.


Geri dön