Ana Sayfa > Karusel / Siyasət > Boris Conson: “NATO inkişaf etməlidir”

Boris Conson: “NATO inkişaf etməlidir”


14-06-2021, 08:22. Yazar: Admin

 

Boris Conson: “NATO inkişaf etməlidir”
Boris Conson

“NATO-nun modernləşdirilməsi ittifaqın gələcək nəsillər üçün qlobal təhlükəsizliyin təməli olaraq qalmasına imkan verəcəkdir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki sammiti ərəfəsində Böyük Britaniyanın baş naziri Boris Consonun dəftərxanasının yaydığı bəyanatda qeyd olunub.

Baş nazir bildirib ki, NATO hər gün təhlükəsizliyini qoruduğu milyardlarla insanlara və ortaya çıxan təhdidlərə qarşı görə inkişaf etməli, yeni çağırışlara uyğunlaşmalıdır:

“Bu, NATO-nun gələcək nəsillər üçün qlobal təhlükəsizliyin təməl daşı olaraq qalmasını təmin edir. COVID-19 pandemiyasından xilas olduğumuz bir dövrdə möhkəm təmələ ehtiyacımız var”.


Geri dön