Ana Sayfa > Karusel / Region > Rusiyada əməliyyatdan çıxan 23 yaşlı şəxs feldşeri öldürərək xəstəxanadan qaçıb

Rusiyada əməliyyatdan çıxan 23 yaşlı şəxs feldşeri öldürərək xəstəxanadan qaçıb


14-06-2021, 08:11. Yazar: Admin

 

#

Rusiyanın Novoçerkasski xəstəxanasına iyunun 13-nə keçən gecə pnevmatik tapançadan ağır yara ilə 23 yaşlı gənc oğlan yerləşdirilib.

Qarabaginfo.az "progorodnsk" portalına istinadən xəbər verir ki, gənc dərhal əməliyyat olunub.

Güllə bədənindən çıxarıldıqdan sonra xəstənin əhvalı stabilləşir. Palataya köçürülən zaman onu aparan feldşerə əlinə keçən tibbi ləvazimatla hücum edib. Əlindəki alətlə 57 yaşlı tibb işçisinin sinəsinə sancaraq onu qətlə yetirib.

Hadisəsən sonra o, xəstəxanadan qaçmağı bacarıb.

Ölən tibb işçisinin və hadisəni törədən şəxsin kimliyi barədə xəbər verilməyib.

(Apa)


Geri dön