Ana Sayfa > Karusel / Dünya > Azərbaycanın Gürcüstandakı səfirliyində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilir

Azərbaycanın Gürcüstandakı səfirliyində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilir


26-02-2018, 10:40. Yazar: Admin

 

Azərbaycanın Gürcüstandakı səfirliyində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı növbəti tədbirlər keçirilir.


 
"Qarabaginfo"un "Apa.az"a istinadən məlumatına görə, səfirlikdə Xocalı faciəsinə həsr olunmuş foto-sərgi təşkil olunub, soyqırımı haqqında xarici mətbuatda dərc olunmuş məqalələr və sənədli filmlər nümayiş etdirilir. 

 
Səfirlikdə könüllü qanvermə aksiyası təşkil olunub. Aksiyada səfirlik əməkdaşları da iştirak edir. 

 
Aksiyada toplanmış qan Natalia Kvantaliani adına Mərkəzi qan bankında saxlanılacaq və ehtiyacı olan şəxslərin əksəriyyətinə təmənnasız təqdim olunacaq.
 


Tədbir iştirakçılarına Xocalı soyqırımı barədə məlumatların əks olunduğu müxtəlif təbliğat materialları paylanılıb.


Geri dön