Ana Sayfa > Karusel / İdman > AVRO-2020: İngiltərə Xorvatiyaya qalib gəlib

AVRO-2020: İngiltərə Xorvatiyaya qalib gəlib


13-06-2021, 19:48. Yazar: Admin

 

#

AVRO-2020-nin üçüncü oyun gününə start verilib.

Qarabaginfo.az xəbər verir ki, D qrupunda mübarizəyə Londonda start verilib.

İngiltərə millisi “Uembli”də Xorvatiyanı qəbul edib. Matça daha fəal başlayan futbolun yaradıcıları təşəbbüsə yiyələnib. Meydan sahiblərinin daha çox hücum qurduğu ilk yarıda balkanlılar da dəfələrlə rəqibin müdafiə xəttini narahat edib. Amma fasiləyədək hesab açılmayıb.

İkinci hissənin əvvəlində də üstün futbol nümayiş etdirən Qaret Sautqeytin yetirmələri fasilədən az sonra hesabı açıb. Rahim Sterlinq xorvatiyalıları məyus edib. Vurulan qoldan sonra da bir müddət oyuna britaniyalılar nəzarət etsə də, Zlatko Daliçin yetirmələri üstünlüyə yiyələnib. Ancaq ingilislərin müdafiə xəttini yara bilməyən Luka Modriç və komanda yoldaşları görüşdən xalsız ayrılıb. 3 il əvvəl dünya çempionatının yarımfinalında Xorvatiyaya 1:2 hesabı ilə uduzan futbolun yaradıcıları bununla da həmin yarışın vitse-çempionundan revanş ala bilib.

Qeyd edək ki, D qrupunun digər matçı sabah keçiriləcək. Şotlandiya Qlazqoda Çexiya ilə görüşəcək.

AVRO-2020
I tur, 13 iyun
D qrupu
17:00. İngiltərə - Xorvatiya - 1:0
Qol: 
Rahim Sterlinq, 56
Baş hakim: Daniele Orsato (İtaliya)
London. “Uembli” stadionu (Apa)


Geri dön