Ana Sayfa > Karusel / Qarabağ > İlham Əliyevin növbəti qələbəsi: Minalanmış ərazilərin xəritələri Azərbaycana təhvil verilib
İlham Əliyevin növbəti qələbəsi: Minalanmış ərazilərin xəritələri Azərbaycana təhvil verilib12-06-2021, 20:27. Yazar: Admin |
Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsi İlham Əliyevin və Azərbaycan diplomatiyasının siyasətinin növbəti qələbəsidir. Qarabaginfo.az xəbər verir ki, Azərbaycan tərəfi saxlanılan 15 nəfər erməni hərbçisini Gürcüstan-Ermənistan sərhədində Ermənistana təhvil verib, Ermənistan isə Azərbaycana işğaldan azad edilmiş Ağdam rayonu üzrə mina xəritəsini təqdim edib. Xəritələrdə Ağdam rayonu ərazisində 100 min tank və piyada əleyhinə minaların yerləşdirilməsi barədə məlumatlar var. İstintaq tərəfindən Ermənistana təhvil verilən 15 hərbçinin Azərbaycan və onun vətəndaşlarına qarşı ağır cinayətlər törətmədiklərini sübut edilib. Torpaqlar erməni işğalından azad edildikdən sonra Azərbaycan üçün ən aktual məsələ bu ərazilərin minalardan təmizlənməsi oldu. 30 il ərzində erməni işğalçıları çoxlu sayda sədd xətləri, torpaq qalaları, istehkamlar düzəldib, bu ərazilərdə yüz minlərlə mina basdırıblar. Sözügedən torpaqlarda döyüş əməliyyatları bitdikdən sonra onlarla Azərbaycan vətəndaşı ölüb və yaralanıb. Ermənistan hökuməti inadla kütləvi minalanma faktlarını və minalanmış ərazilərin xəritələrinin olmasını inkar edirdi. Bu fakt və həmçinin sərhəddəki gərginliyi artırmaq, təxribat qruplarını Azərbaycan ərazilərinə göndərmək cəhdləri Ermənistanın 10 noyabr 2010-cu il tarixli üçtərəfli bəyanatındakı məqamların həyata keçirilməsində qeyri-konstruktiv mövqeyini bir daha sübut edir. Lakin Prezident İlham Əliyevin prinsipial mövqeyi, mükəmməl diplomatik bacarığı sayəsində bütün kəskin məsələləri həll etmək mümkün olur. Dövlət başçısı demək olar ki, bütün beynəlxalq platformalarda Azərbaycan torpaqlarının minalanması məsələsini qaldırıb, beynəlxalq ictimaiyyətdən bu məsələyə müdaxilə etməsini və Ermənistanı antihumanist, mizantrop siyasətindən imtina etməsini tələb edib. ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının bu məsələdə fəal iştirak etməsi və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməyə razılaşmaq məcburiyyətində qalması İlham Əliyevin növbəti böyük nailiyyətidir. Mina xəritələrinin olmaması təkcə Ağdam rayonunun ərazisinin minalardan təmizlənməsi prosesi illərlə uzana bilərdi ki, bu da Azərbaycan büdcəsinə əlavə olaraq on milyonlarla manata başa gələcəkdi, ölkəmizin yüzlərlə vətəndaşı həlak ola bilərdi. Təbii ki, bunun da nəticəsində bərpa işlərini sürətlə aparmaq və əhalinin bu torpaqlara qayıtmasını təmin etmək mümkün olmazdı. Geri dön |