Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


12-06-2021, 16:39. Yazar: Admin

 

#

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 844 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 373 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 742 867, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 783 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 959 361 təşkil edir.


Geri dön