Ana Sayfa > Karusel / Cəmiyyət > Mərkəzi Klinika: İsa Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlə bağlı deyil
Mərkəzi Klinika: İsa Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlə bağlı deyil24-02-2018, 11:43. Yazar: Admin |
Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinikaya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbətin müalicəsi davam edir.
"Qarabaginfo" xəbər verir ki, xəstəxanadan “Report.az”a verilən məlumata görə, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil. Bildirilib ki, o, ümumi stasionar şöbəyə yerləşdirilib və orada müalicə alır: “Nevropatoloqlar, terapevtlər İsa Qəmbərin səhhətinə nəzarət edir. Ürəklə bağlı vaxtaşırı müayinələrdən keçir və kardioloji problemi yoxdur”. Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub. İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib. Geri dön |