Ana Sayfa > Karusel / Sosial > Bakıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb, bir nəfər saxlanılıb

Bakıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb, bir nəfər saxlanılıb


24-02-2018, 11:14. Yazar: Admin

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə cinayət işi başlanılıb

Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report.az"a verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.


Geri dön