Ana Sayfa > Karusel / Qarabağ > “Azərbaycan Laçın dəhlizinin bağlanması üçün güclü arqumentlər yığır”

“Azərbaycan Laçın dəhlizinin bağlanması üçün güclü arqumentlər yığır”


12-06-2021, 11:54. Yazar: Admin
“Azərbaycan Laçın dəhlizinin bağlanması üçün güclü arqumentlər yığır”

“Mən də belə güman edirəm ki, proseslərin gedişi buna doğru aparır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Musavat.com-a deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Əgər ermənilər Zəngəzur dəhlizinin açılmasına maneçilik yaradacaqlarsa, o halda Azərbaycan Laçın dəhlizini bağlaya bilərmi sualına cavab olaraq F. Ağamalı deyib ki, əslində Azərbaycan tərəfi Laçın dəhlizinin bağlanması üçün əlinə çox güclü arqumentlər yığır:

“Onlardan da biri məhz Qareginin Xankəndiyə gəlməsi, orada revanşist fikirlər səsləndirməsidir, erməniləri sülhə, təhlükəsizliyə, əmin-amanlığa, birgəyaşayış qaydalarına əməl etməyə səsləmək əvəzinə, yerli ermənilərə intiqam almaq düşüncələrini aşılayaraq getdi. Bu, bizim üçün ciddi faktdır və bu kimi faktlar təbii ki,  Laçın dəhlizinin bağlanmasını reallaşdıra bilər. 

Lakin ortada Rusiya faktoru var, biz onu yaddan çıxartmayaq. Rusiya müharibədən sonra Ermənistanda məskunlaşan və Qarabağdan gedən bütün erməniləri ən müxtəlif şirnikləndirici amillərlə geri qaytarmağa çalışdı, az-çox buna nail oldu. 

Baxmayaraq ki, onun statistikasında şişirtmə var idi, guya Ermənistandan Qarabağa 60 min erməni qayıdıb. Lakin ölkə prezidentinin fikirləri daha mötəbər, daha ciddi və realdır. Prezident qayıdanların sayının 30 mindən yuxarı olmadığını dilə gətirdi. Bu yaxınlarda mən erməni saytlarından oxudum ki, Qarabağda ağlı başında olan, az-çox təhsilli ermənilər kütləvi şəkildə buranı tərk edirlər. Söhbət müəllimlərdən, həkimlərdən, orta texniki savadı, peşəsi olan insanlardan gedir ki, bunlar da əhalinin ən aktiv və gənc kateqoriyasıdır. 

Qarabağda qalanlar da qoca, əlsiz-ayaqsız, imkansız və onun-bunun qapısında məhkum olan insanlardır. Bir sözlə, biz bəlkə də bunu gözləməliyik ki, Rusiya sülhməramlıları ilə üz-üzə gəlməmək üçün proses bu şəkildə davam etsin. Eyni zamanda, Rusiya sülhməramlılarının da öz missiyasından kənara çıxmasına imkan verməli deyilik”.


Geri dön