Ana Sayfa > Karusel / Region > Putin təkzib etdi: “İrana peyk satmamışıq”

Putin təkzib etdi: “İrana peyk satmamışıq”


12-06-2021, 11:12. Yazar: Admin
Putin təkzib etdi: “İrana peyk satmamışıq”

Rusiya prezidenti Vladimir Putin ölkəsinin İrana modern peyk texnologiyası satması xəbərini “cəfəngiyat” adlandırıb.

Qarabaginfo.az NBC-yə istinadla xəbər verir ki, o, İranla hərbi və texnoloji əməkdaşlıq planlarının varlığını təkzib etməyib.

Putin deyib: ““Washington Post”un ABŞ-ın İraqdakı hərbi bazalarını izləmək üçün İrana qabaqcıl rus peyklərinin tədarükünə dair hesabatı böyük bir yalana söykənir. Bu xəbərin təfərrüatları barədə məlumatım yoxdur. Bəlkə də bu xəbəri yayanlar məndən çox bilir”.

Xatırladaq ki, “Washington Post” bu yaxınlarda bəzi ABŞ rəsmilərinə istinadla Rusiyanın Yaxın Şərqdəki mümkün hərbi hədəfləri izləmək üçün İrana “Canopus” adlı modern peyk sistemi verməyi planlaşdırdığına dair məlumat dərc edib. (Yenisabah.az)

 


Geri dön