Ana Sayfa > Karusel / İdman > AVRO-2020: Türkiyə millisi Bakıya gəlir

AVRO-2020: Türkiyə millisi Bakıya gəlir


12-06-2021, 11:10. Yazar: Admin

 

#

AVRO-2020-nin qrup mərhələsindəki ilk oyununu İtaliyaya qarşı keçirən Türkiyə millisi Bakıya yollanmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, qardaş ölkə təmsilçisi bu gün paytaxtımıza yollanacaq.

“Ay-ulduzlular”ı gətirəcək təyyarə Bakı vaxtı ilə 14:00-da Romadan səmaya qalxacaq. Şenol Günəşin yetirmələri A qrupundakı son iki görüşünə məhz paytaxtımızda hazırlaşacaq.

Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.


Geri dön