Ana Sayfa > Karusel / Qarabağ > Kəlbəcərə keçmək istəyən 5 nəfər saxlanıldı
Kəlbəcərə keçmək istəyən 5 nəfər saxlanıldı12-06-2021, 10:42. Yazar: Admin |
Kəlbəcərdə işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon ərazisinə daxil olmaq istəyən 5 nəfər saxlanılıb. Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb. Geri dön |