Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmayıb
Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmayıb11-06-2021, 20:28. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19-dan ölüm faktı qeydə alınmayıb. İndiyədək ölkədə ümumilikdə 335065 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328194 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib, aktiv xəstə sayı 1920 nəfərdir.
Geri dön |