Ana Sayfa > Karusel / Sosial > Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
Bakıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb11-06-2021, 17:41. Yazar: Admin |
İyunun 7-10-da Bakı şəhərinin Nərimanov və Suraxanı rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub. Bu barədə Qarabaginfo.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Həmin qanunsuz heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır: Nərimanov rayonu üzrə: 1. Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Ş.Mustafayev küçəsində yerləşən, fiziki şəxs Yusubov Calal Usub oğluna məxsus heyvan kəsim məntəqəsi; 2. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyarov küçəsi 17 ünvanında yerləşən, fiziki şəxs Məmmişov İlqar Oqtay oğluna məxsus heyvan kəsim məntəqəsi; 3. Bakı şəhəri, Nərimanov rayonu, Yusif Çəmənzəminli küçəsi 123 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Bəhruz Sovet oğluna məxsus heyvan kəsim məntəqəsi; 4. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Əsəd Eldar oğluna məxsus heyvan kəsim məntəqəsi. Suraxanı rayonu üzrə: 1. Bakı şəhəri, Suraxanı rayonu, Komsomolskiy dairəsi, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əmirov Sərvər Abas oğluna məxsus heyvan kəsim məntəqəsi; 2. Bakı şəhəri, Suraxanı rayonu, Ə. Mehbalıyev küçəsində yerləşən, fiziki şəxs Namazov Tutcar Abuzər oğluna məxsus heyvan kəsim məntəqəsi; 3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsi 225 ünvanında yerləşən, fiziki şəxs Ağayev Ərəfsun Ağasəməd oğluna məxsus heyvan kəsim məntəqəsi; 4. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Ağayev Vüsal Ağasəməd oğluna məxsus heyvan kəsim məntəqəsi; 5. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsi 161b ünvanında yerləşən, fiziki şəxs İskəndərov Seymur Firdovsi oğluna məxsus heyvan kəsim məntəqəsi; 6. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi 4a ünvanında yerləşən, fiziki şəxs Fərəcov Nurulla Fərəc oğluna məxsus heyvan kəsim məntəqəsi. AQTA bəyan edib ki, qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarətlə bağlı müvafiq orqanlar haqqında qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək. Geri dön |