Ana Sayfa > Karusel / Dünya > ATO ölkələrinin hərbi xərcləri daha da artacaq
ATO ölkələrinin hərbi xərcləri daha da artacaq11-06-2021, 17:33. Yazar: Admin |
NATO üzvü olan 30 ölkənin məcmu müdafiə məsrəfləri cari ildə 4,1 faiz artaraq 1 trilyon ABŞ dolları həddini keçəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO üzv ölkələrinin 2014-2021-ci illər ərzində müdafiə məsrəflərinə dair hesabatında bildirilir. Hesabata görə 2020-ci ildə üzv ölkələrin məcmu müdafiə məsrəfləri 3,5 faiz artaraq 1.027 milyard dollar təşkil edib. Bu il 30 üzv ölkənin 10-u müdafiə məqsədlərinə ÜDM-nin 2 faizindən artığını sərf edəcək. O cümlədən Yunanıstanda bu rəqəm 3,82 faiz, ABŞ-da 3,52 faiz təşkil edəcək. 30 üzv ölkənin məcmu müdafiə məsrəflərinin cari ildə 1,05 trilyon dollar təşkil edəcəyi gözlənilir. Geri dön |