Ana Sayfa > Karusel / Siyasət > Sahibə Qafaqova Azərbaycan xalqını təbrik etdi
Sahibə Qafaqova Azərbaycan xalqını təbrik etdi11-06-2021, 17:04. Yazar: Admin |
Milli Məclisin iclasında spiker Sahibə Qafarova Milli Qurtuluş Gününün ildönümü münasibətilə danışıb. Qarabaginfo.az xəbər verir ki,, S.Qafarova deyib ki, 1993-cü ilin iyunun 15-də ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı bəlalardan xilas edib. O bildirib ki, müasir Azərbaycan Heydər Əliyev dühasının məhsuludur. S.Qafarova onu da qeyd edib ki, Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində 30 illik işğaldan sonra ərazi bütövlüyümüz təmin edilib. Spiker Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Geri dön |