Ana Sayfa > Karusel / Gündəm > Prezident İlham Əliyev Aleksandr İşeinin vəfatı ilə əlaqədar nekroloq imzalayıb
Prezident İlham Əliyev Aleksandr İşeinin vəfatı ilə əlaqədar nekroloq imzalayıb11-06-2021, 13:35. Yazar: Admin |
Azərbaycan Prezidenti İlham Əliyev Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr Gennadyeviç İşeinin vəfatı ilə əlaqədar nekroloq imzalayıb. Qarabaginfo.az xəbər verir ki, nekroloqda deyilir: “Azərbaycanın pravoslav xristian icmasına ağır itki üz vermişdir. Tanınmış din xadimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr Gennadyeviç İşein 2021-ci il iyun ayının 10-da ömrünün 69-cu ilində vəfat etmişdir. 1992-ci ildən Azərbaycanda dini fəaliyyətini davam etdirən Aleksandr İşein 1995-ci ildə ölkəmizdəki pravoslav prixodlarının rəhbəri vəzifəsinə təyin olunmuş, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyanın, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu seçilmiş, daha sonra arxiyepiskop dini rütbəsinə layiq görülmüşdür. Azərbaycana qəlbən bağlı olan və onu ikinci Vətəni hesab edən arxiyepiskop Aleksandr ölkəmizin ictimai və dini-mənəvi həyatında yaxından iştirak etmiş, dinlərarası və xalqlararası dostluq, qardaşlıq və etimad mühitinin daha da möhkəmləndirilməsinə, cəmiyyətdə konfessiyalararası harmoniyanın və etnik-dini tolerantlığın inkişafına sanballı töhfələr vermişdir. Aleksandr İşein mötəbər beynəlxalq tədbirlərə qatılaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində diqqətəlayiq xidmətlər göstərmişdir. Tanınmış din xadimi, xeyirxah və nəcib insan Aleksandr Gennadyeviç İşeinin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Qəbri nurla dolsun! İlham Əliyev Mehriban Əliyeva Əli Əsədov Sahibə Qafarova Samir Nuriyev Eldar Əzizov Fərəh Əliyeva Mübariz Qurbanlı Allahşükür Paşazadə Milix Yevdayev Aleksandr Şarovski Robert Mobili”. Geri dön |