Ana Sayfa > Karusel / Siyasət > Mehriban Əliyeva Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib
Mehriban Əliyeva Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib11-06-2021, 10:47. Yazar: Admin |
Birinci vitse-prezident Mehriban Əliyeva Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopunun vəfatı ilə əlaqədar paylaşım edib. Qarabaginfo.az xəbər verir ki, paylaşımda deyilir: “Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!” Geri dön |