Ana Sayfa > Karusel / Cəmiyyət > Generallara cəza istəniləcək
Generallara cəza istəniləcək22-02-2018, 10:38. Yazar: Admin |
Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçiriləcək. "Qarabaginfo" “Qafqazinfo.az”a istinadən verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə dövlət ittihamçısının çıxış edərək adıçəkilən şəxslərə cəza istəməsi gözlənilir. Ötən iclasda məhkəmə istintaqının tamamlandığı elan edilib. Həmin gün dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəmişdi. Geri dön |