Ana Sayfa > Karusel / Qarabağ > Britaniya Müdafiə Nazirliyinin mütəxəssisi Füzulidə minalarla bağlı vəziyyəti araşdırıb

Britaniya Müdafiə Nazirliyinin mütəxəssisi Füzulidə minalarla bağlı vəziyyəti araşdırıb


10-06-2021, 17:45. Yazar: Admin

 

Britaniya Müdafiə Nazirliyinin mütəxəssisi Füzulidə minalarla bağlı vəziyyəti araşdırıb

Böyük Britaniya Müdafiə Nazirliyinin partlayıcı maddələrə qarşı mütəxəssisi Ermənistanın işğalından azad olunan Füzuli rayonuna səfər edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Britaniyalı ekspert Füzulidə mina basdırılmış ərazilərdəki vəziyyəti araşdırıb.

“Səfərin məqsədi Britaniyanın bu ölümcül cihazlardan gələn təhlükəni aradan qaldırmaq üçün Azərbaycanla necə işləyə biləcəyini müəyyən etməkdir”, - diplomatik nümayəndəlikdən bildirilib.

Britaniyalı mütəxəssisi Füzuliyə səfərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları müşayiət ediblər.


Geri dön