Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


10-06-2021, 16:56. Yazar: Admin

 

#

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 37 162 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 492 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 662 038, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 712 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 949 920 təşkil edir.


Geri dön