Ana Sayfa > Karusel / Gündəm > Paris həddini aşır: Xankəndidə mərkəz açılacaq

Paris həddini aşır: Xankəndidə mərkəz açılacaq


10-06-2021, 15:03. Yazar: Admin

 

Xankəndidə Pol Elüar adına Frankofoniya Mərkəzi (Paul Eluard Francophone Center) açılacaq.

Ermənistan mediası bildirir ki, "Hayastan" Ümumerməni Fondunun verdiyi məlumata görə, "mərkəz fransızdilli qarabağlı erməniləri birləşdirərək şəhərin inkişafı üçün təhsil, kommersiya və innovasiya platforması olacaq".

Ermənilər bu mərkəzi "Qarabağlı ermənilərin yaşamına dövlət səviyyəsində ilk xarici sərmayə" kimi qələmə verirlər.

810 kvadrat metrlik sahəyə malik mərkəzin inşasını Fransadakı Pol Elüar Fondu və "Hayastan" birgə maliyyələşdiriblər.

İnşa işləriini Ermənistandakı "Portal" memarlıq studiyası gerçəkləşdirb.

Pol Elüar Fondunun Azərbaycan ərazisində, Azərbaycanın müvafiq rəsmi qurumların icazəsi olmadan, Bakı ilə heç bir razılaşdırma aparmadan belə davranışı separatizmi aşkar dəstəkləmək, Azərbaycanın qanunvericiliyi ilə beynəlxalq qanunları kobud şəkildə pozmaqdır.(milli az)

Geri dön