Ana Sayfa > Karusel / Gündəm / İdman > Mariya Stadnik finala yüksəldi

Mariya Stadnik finala yüksəldi


10-06-2021, 14:46. Yazar: Admin

Güləşçimiz Mariya Stadnik Olimpiya reytinq siyahısında ikinci pillədə qərarlaşıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirində mübarizəyə başlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Emiliya Alina Vuk (Rumıniya), Erin Qolston (ABŞ) və Mariya Tiumerekovanı (Rusiya) məğlub edərək finala yüksəlib.

O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnik Ukrayna təmsilçisi Oksana Livaçla görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.


Geri dön