Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qubada atasını baltalayaraq öldürən şəxs tutuldu
Ana Sayfa > Karusel / Kriminal > Qubada atasını baltalayaraq öldürən şəxs tutuldu

Qubada atasını baltalayaraq öldürən şəxs tutuldu


10-06-2021, 09:47. Yazar: Admin

 

Qubada atasını baltalayaraq öldürən şəxs tutuldu

İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qarabaginfo.az-a Quba Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir. (Report)


Geri dön