Ana Sayfa > Karusel / Region > Rusiyada erməni məhkəmə icraçılarını güllələyərək qətlə yetirib
Rusiyada erməni məhkəmə icraçılarını güllələyərək qətlə yetirib9-06-2021, 17:35. Yazar: Admin |
Rusiyanın Soçi şəhərində 61 yaşlı erməni Vardan Koçyan məhkəmə icraçılarına odlu silahdan atəş açıb. Qarabaginfo.az xəbər verir ki, V. Koçyanla onun qaraj kooperativindəki qanunsuz tikilmiş mağazanı sökməyə gələn məhkəmə icraçıları arasında mübahisə düşüb. Nəticədə V. Koçyan odlu silahdan atəş açaraq 35 yaşlı Andronik Makivasyan və 36 yaşlı Albert Azyazyanı öldürüb. “Baza” teleqram kanalı V. Koçyanın atəş açdığı məhkəmə icraçılarının sayının üç nəfər olduğunu, lakin bir nəfərin qaçaraq həyatını qurtardığını yazıb. V. Koçyan polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (Apa) Geri dön |