Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan seçki kampaniyasını bu gün Şirak bölgəsində davam etdirib.
Qarabaginfo.az-ın xəbərinə görə, Nor Mantaş kəndində vətəndaşlarla görüşən Ermənistan lideri Laçın istiqamətində Azərbaycan sərhədini pozan əsgər barədə məlumat verib: "Əsgər bu gecə geri qayıdıb, bunu çox müsbət bir addım hesab edirəm".
Paşinyan “erməni əsirlərlə” bağlı dünən etdiyi təklifin icrası üçün müvafiq qurumlara təlimat verdiyini bildirib:
“Oğlum bütün əsirlərimizin geri qayıtması şərti ilə Bakıya girov kimi getməyə hazırdır, amma birdən-birə bunun əsirlərin problemini həll etmək üçün yeganə istiqamət və çıxılmaz bir addım olduğunu düşünməməyinizi istəyirəm. Hazırda bu çərçivədə işlər görülür".
Mənbə:Qazet.az