Ana Sayfa > Karusel / Gündəm > Sabahdan çimərliklərin fəaliyyəti bərpa edilir

Sabahdan çimərliklərin fəaliyyəti bərpa edilir


9-06-2021, 15:49. Yazar: Admin

 

Sabahdan çimərliklərin fəaliyyəti bərpa edilir

İyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir. Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşları çimərlik mövsümünə hazırlıqla əlaqədar bir sıra təhlükəsizlik tədbirləri həyata keçirir.

Qarabaginfo.az-ın məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili "Report"a bildirib ki, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, eyni zamanda, dalğıc işləri həyata keçirmək üçün nəzərdə tutulan avadanlıqlar artıq işlək vəziyyətə gətirilib.

Onun sözlərinə görə, hazırda Xidmətin nəzarət etdiyi ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı baxışlar keçirilib, sualtı təmizləmə işləri aparılıb:

"Məhz bu baxışlar zamanı aşkar edilən sualtı təhlükələr xüsusi nişanlarla işarələnir. Dənizdə isə üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulur".

Şöbə rəsi bildirib ki, çimərliklərdə istirahət edən vətəndaşların sularda təhlükəsizliyini təmin etmək üçün maarifləndirici və məlumatverici lövhələr də yerləşdirib.


Geri dön