Ana Sayfa > Karusel / İqtisadiyyat > “Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp yaradır...
“Qırmızı xətt”i keçən çörəkçilər: yediyimiz çörək niyə köp yaradır...9-06-2021, 14:35. Yazar: Admin |
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, əmək qabiliyyətli əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 136.8 kiloqram, pensiyaçılar üçün 107.9 kiloqram, uşaqlar üçün 100.5 kiloqramdır. Hesablamalara görə, bir azərbaycanlı gün ərzində təxminən 300-350 qram çörək yeyir. Tədqiqatçıların bildirdiyinə görə, insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək istehlak edir.
Çörək orqanizmin vərdiş etdiyi ənənəvi və qədim ərzaq olmaqla yanaşı, karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminlərlə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir. Amma qida rasionunda əsas paya malik olan çörək nədənsə, biz azərbaycanlıların orqanizmində narahatlıq yaradır. Əksəriyyət çörək qəbulundan sonra mədə-bağısağında, həzm prosesində diskamfort yarandığından şiakyətlənir. Bunu isə çörəyin standartlara uyğun bişirilmədiyi, hətta ölüyə vurulan hansısa maddədən istifadə ilə əlaqələndirirlər.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Dünya Ərzaq Proqramının verdiyi məlumata görə, Azərbaycan dünyada ən çox çörək istehlak edən ölkədir:
“Çörək standartlara uyğun bişirilmir”
Hüquq müdafiəçisinin sözləriə görə, ölkədə bəzi zavodlarda çörək standartlara uyğun bişirilmir:
“Çörəyin bişirilmə standartları qanunla tənzimlənir”
Ölkəmizdə qida məsələlərinə cavabdeh olan qurumun -AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən çörəyin keyfiyyəti və standartlara nə dərəcədə uyğun olması ilə bağlı bildirilib ki, bütün prosedurlar qanunla tənzimlənir:
Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində sözügedən norma və qaydalara riayət edilməsinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır, qida məhsullarının istehsalı və satış məntəqələrində əhalinin sağlamlığının qorunması istiqamətində müvafiq dövlət nəzarət tədbirləri həyata keçirilir. Dövlət nəzarət tədbirləri Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu və “Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında qeyd olunan Agentliyin fəaliyyət istiqamələrinə, uyğun olaraq həyata keçirilir”.
Çörək seçərkən nələrə diqqət etməli?
Rəsmi məlumata görə, çörək seçərkən, istehlak edərkən diqqətli olmaq lazımdır:
Un və çörəkdəki təhlükə
AQTA-dan verilən məlumatda həmçinin yüksək qlikemik indeksə malik çörəyin tez kiflənən məhsul olması, bunun isə insan orqanizmi üçün olduqca təhlükəliliyi vurğulanıb:
- istehsal zamanı sanitar normalara riayət olunmaması; - məhsulun düzgün şəraitdə saxlanılmaması; - çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə olunması; - çörəyin yarıçiy bişirilməsi. Çörək-bulka məmulatlarında kif göbələyi, ilk olaraq, məhsulun qabığında görünür. Buna görə çoxları sadəcə kifli hissəni kəsib götürür və qalan hissələri yeməyə davam edir. Belə etmək çox təhlükəlidir, çünki görünməyən sporlar məhsulu bütünlüklə əhatə edir və qidalandığımız zaman orqanizmdə ciddi intoksikasiyanın (zəhərləyici maddələrin orqanizmə təsiri nəticəsində əmələ gələn patoloji hal) yaranmasına səbəb olur. Kifli çörəyi iyləmək tənəffüs yollarının xroniki xəstəlikləri riskini meydana gətirir. Bəzi növ göbələklər əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır və gələcəkdə bronxial astma və xroniki bronxitin yaranma riskini artırır. Kifli çörəklə qidalanma orqanizmdə bu simptomların meydana gəlməsinə səbəb olur:
“Kifi təmizləyib çörəyi yemək olmaz!”
Agentlik bildirir ki, vacib məsələ çörəyin düzgün şəraitdə saxlanılmasıdır:
İsti və nəmli mühitdə saxlandığı zamanı çörəyin daxilində yapışqanlıq da meydana gələ bilir. Çörəkdə yapışqanlığın meydana gəlməsinə Bacillus mesentericus bakteriyası səbəb olur və bu kartof xəstəliyi adlandırılır. İstiyə dözümlü olduğu üçün bu bakteriyanın sporları bişirmə zamanı sağ qala bilər. Çörək soyudulduqda bu sporlar vegetativ formaya keçir və əlverişli şəraitdə çoxalırlar. İlkin əlamət olaraq yemiş qoxusuna bənzər bir qoxu ilə özünü biruzə verir və daha sonra getdikcə rəngində dəyişikliklər baş verir. Bu yapışqan çörəklərin istehlak edilməsi insan sağlamlığı üçün bir sıra zərərlər törədə bilir. Kartof xəstəliyinə səbəb olan Bacillus sporlarının bəziləri toksinlər istehsal edir və septisemiya və qida zəhərlənməsinə səbəb olur. Kartof xəstəliyi əmələ gələn çörəkləri istehlak edən insanlarda ürək bulanması, qusma, ishal, baş ağrısı və titrəmə kimi simptomlar müşahidə edilir. Çörək məhsuları istehlaka hazır məsullar olduğu üçün tam qablaşdırılmalıdır. Gün ərzində istehlak ediləcək çörək təzə və yumşaq qalması üçün qaranlıq, sərin və quru yerdə saxlanmalıdır. İsti havalar və nəmli mühit mikroorqanizmlərin böyüməsi üçün əlverişli şərait olduğu üçün çörəyin dondurucuda saxlanması daha məqsədəuyğundur. Qeyd edilib ki, açıq şəkildə satılan çörək-bulka, unlu qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməli və bu məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim edilməlidir”.
Qeyd edək ki, satış mərkəzlərində təqdim olunan un və un məmulatlarının istehsalı, satışı və ilə bağlı vətəndaşların hər hansı bir şikayəti olarsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər. (Modern.az) Geri dön |