Ana Sayfa > Karusel / Dünya > Çində COVID-19-a qarşı vurulan vaksinlərin sayı 800 milyon dozanı ötüb

Çində COVID-19-a qarşı vurulan vaksinlərin sayı 800 milyon dozanı ötüb


9-06-2021, 11:56. Yazar: Admin

 

#

Çin əhalisinin yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyası çərçivəsində 800 milyon dozadan çox peyvənd tətbiq edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasının məlumatında bildirilib.

8 iyun 2021-ci il tarixinə olan göstəriciyə əsasən ölkənin 31 əyalətində ümumilikdə 808 962 000 doza peyvənd vurulub.

Qeyd edək ki, Çində yeni növ koronavirus əleyhinə kütləvi vaksinasiyaya ötən ilin 15 dekabrında başlanılıb.


Geri dön