Ana Sayfa > Karusel / Region > “Ermənistan Köçəryanı seçməsə, bütün ermənilər Qarabağı tərk edəcək...”

“Ermənistan Köçəryanı seçməsə, bütün ermənilər Qarabağı tərk edəcək...”


9-06-2021, 11:31. Yazar: Admin
“Ermənistan Köçəryanı seçməsə, bütün ermənilər Qarabağı tərk edəcək...”
"Hər şeydə Levon Ter-Petrosyan günahkardır, hamını satdı.  Paşinyan və Köçəryanı isə məhkəməyə verib güllələmək lazımdır...”
 
Qəsbkar Ermənistanda bir həftədən sonra keçiriləcək erkən seçkilər öncəsi ermənilər bədbin əhval-ruhiyyədədir.  
Qarabaginfo.az xəbər verir ki, bunu Xankəndi ilə İrəvan arasında taksi sürücülüyü ilə məşğul olan erməni bloger David Simonyanın Rusiya mediasında təqdim etdiyi yazısı da sübut edir. 
Həmin materialdan diqqətəlayiq bir epizodu nəzərinizə çatdırırıq: 
“İrəvan vağzalında bir sərnişin tapdım. Yolda söhbət zamanı Robert Köçəryanın qatı tərəfdarı olduğu bilindi.
“Bəli, o, bir karyeristdir. Ancaq Ermənistan Köçəryanı seçməsə, bütün ermənilər Qarabağı tərk edəcək” –dedi həmsöhbətim.
 
“Ailəniz harada yaşayır?” - ondan soruşdum.
 
“Tuapsedə(Rusiyanın Krasnodar diyarında şəhər-S.L.) . 1993-cü ildən sonra dərhal sonra oraya köçüblər”- sərnişin cavab verdi.
 
Yolda başqa bir yol yoldaşı götürdüm. Gorusdan olduğu bilindi. Onun da öz fikri var: “Hər şeydə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan günahkardır, hamını satdı.  Paşinyan və Köçəryanı isə məhkəməyə verib güllələmək lazımdır...”
(Moderator.az)

Geri dön