Ana Sayfa > Karusel / Siyasət > Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edilib 

Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edilib 


9-06-2021, 09:48. Yazar: Admin

  Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edilib - EKSKLÜZİV

İsfəndiyar Mehbalıyev

Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir.


Geri dön