Ana Sayfa > Karusel / Dünya > Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyada güclü zəlzələ baş verib


9-06-2021, 08:08. Yazar: Admin

 

Yaponiyada güclü zəlzələ baş verib

Yaponiyanın Hönsü adasında 5 bal gücündə zəlzələ baş verib.

Qarabaginfo.az-a, bu barədə Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 239 min insanın yaşadığı Haşinohe şəhərindən 78 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib.

Ölən və yaralılar barədə məlumat verilmir.

Rəsmilər sunami təhlükəsinin olmadığını açıqlayıblar.


Geri dön