Ana Sayfa > Karusel / Cəmiyyət > İslamı qəbul etmiş rus xanım onu “milli xəyanət”də suçlayanlara cavab verdi…-VİDEO
İslamı qəbul etmiş rus xanım onu “milli xəyanət”də suçlayanlara cavab verdi…-VİDEO9-06-2021, 08:00. Yazar: Admin |
“İslam milli məhdudiyyətləri olmayan bir dindir...”
Yenicə müsəlman olaraq adını Əminə qoyan rus milliyyətinə mənsub qadın “TikTok”dakı səhifəsində İslamı qəbul etməklə əlaqəli əsas yanlış stereotipləri sadalayıb.
Qarabaginfo.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.
"O, rus millətinə xəyanət etdi", "bir ruh mühaciridir", "xalqını ərəb dininə dəyişdirdi" – Əminənin sözlərinə görə, bunlar cahillərin ona qarşı əsas ittihamlarıdır.
Belə mənasız iddialara cavab olaraq o, əsl rus qadınlarının ayrılmaz bir atributu kimi saçlarını gizlədən bir hicab olan ənənəvi milli geyimdə illüstrasiyalarını təqdim edib. "Mən həqiqətən bir rus milli qiyafəsi geyinmişəm"- deyə Əminə vurğulayıb.
“İslam milli məhdudiyyətləri olmayan bir dindir”- yenicə iman gətirmiş müsəlman qadın buna da əmindir.
(Moderator.az)
Geri dön |