Ana Sayfa > Karusel / Region > Terrorçu-separatçı general Laçından rahatca keçib Gorusda Köçəryanla görüşdü...-FOTO
Terrorçu-separatçı general Laçından rahatca keçib Gorusda Köçəryanla görüşdü...-FOTO8-06-2021, 23:50. Yazar: Admin |
Təxminən eyni vaxtda Ermənistan hərbi diversantları Laçın rayonu istiqamətində sərhədimizi pozaraq ərazimizi minalamağa cəhd edib...
Göründüyü kimi, Rusiya sülhməramlıları(?) sülhü pozmağa çalışan separatçı-terrorçu və işğalçı xislətli erməni liderlərinə hər cür şərait yaradırlar...
Azərbaycan Respublikasının Rusiya hərbi kontingentinin nəzarətində qalan ərazilərində fəaliyyət göstərən separatçı-terrorçu rejim tör-töküntülərinin qanunsuz “təhlükəsizlik katibi”, Xocalı canisi general Vitali Balasanyan bu gün Ermənistanın Gorus şəhərində təşviqat aparan terrorçu eks-prezident Robert Köçəryanla görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Jurnalistlər V.Balasanyanın “Hayastan” seçki blokunun lideri Robert Köçəryana necə yaxınlaşdığını və onunla necə görüşdüyünü qeydə alıblar.
Xankəndi-Şuşa-Laçın yoluyla Azərbaycan sərhədini sərbəst şəkildə keçib gələn Balasanyandan Gorusa hansı məqsədlə gəldiyini soruşduqda isə o, belə cavab verib: “Gəldim bir çay içəm, qayıdam...”
P.S. Təxminən eyni vaxtda Ermənistan hərbi diversantları Laçın rayonu istiqamətində sərhədimizi pozaraq ərazimizi minalamağa cəhd edib...
P.P.S. Göründüyü kimi, Rusiya sülhməramlıları(?) sülhü pozmağa çalışan separatçı-terrorçu və işğalçı xislətli erməni liderlərinə hər cür şərait yaradırlar...
(Moderator.az)
Geri dön |