Ana Sayfa > Karusel / Region > “Bu, Paşinyana qarşı hazırlanmış ssenaridir” - Diversiya həmlələrinin davamı olacaq
“Bu, Paşinyana qarşı hazırlanmış ssenaridir” - Diversiya həmlələrinin davamı olacaq8-06-2021, 22:59. Yazar: Admin |
"Ermənistan tərəfindən Laçın rayonuna növbəti diversiya həmləsi edilməsi əsasən, N.Paşinyana qarşı hazırlanmış ssenaridir. Bu ssenarini Rusiya və Koçaryana yaxın qüvvələr edir. Əsas məqsəd Azərbaycan tərəfindən diversanatların ələ keçirilməsi və buna görə daxildə Paşinyana qarşı təzyiq etməkdir". Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib. Politoloq bildirib ki, göründüyü kimi, belə bir plan baş tutur və Koçaryan məhz bu məsələ ətrafında spekulyasiya edir: "Ordu daxilində N.Paşinyana tabe olmayan qüvvələr var və onlar siyasi proseslərdə dolayı yolla iştirak edirlər. Hazırda da bu kimi proseslər Koçaryanın mövqelərini qismən gücləndirir. Ona görə də Ermənistan ərazisindən seçkilərə kimi bu kimi diversiya həmlələrinin şahidi olacağıq". "Rusiya bütün vasitələrlə çalışır ki, R.Koçaryanın üstünlüyünü təmin etsin və seçkilərdə Paşinyanın qələbə çalmasını əngəlləsin. N.Paşinyanın seçilməməsi ilə regionda yenidən vəziyyət mürəkkəbləşə bilər. 10 noyabr və 11 yanvar razılaşamları qüvvədən düşə bilər. Bu da Azərbaycanın hərbi hərəkətliliyinə gətirib çıxarar. Türkiyə ilə Azərbaycanın siyasi və hərbi müstəvidə daha da yaxınlaşması bu kimi ssenarilərə hazır olmaqdır", - deyə M.Əsədullazadə qeyd edib. (Yenisabah.az) Geri dön |