Ana Sayfa > Karusel / Dünya > "Zeytun budağı"nda zərərsizləşdirilən terrorçuların sayı artır - 1780

"Zeytun budağı"nda zərərsizləşdirilən terrorçuların sayı artır - 1780


21-02-2018, 12:49. Yazar: Admin

 

 

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günədək ümumilikdə 1780 terrorçu zərərsizləşdirilib.

"Qarabaginfo"un məlumatına görə, təkcə son sutka ərzində İŞİD, PYD və YPG terror qruplaşmaslarının 65 üzvü məhv edilib.

РЕКЛАМА

Bundan başqa, əməliyyat müddətində ümumilikdə 80-dən çox yaşayış məntəqəsinin terrorçulardan azad edildiyi bildirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.


Geri dön