Ana Sayfa > Karusel / Cəmiyyət > Deputatın atasının Xaçmazda ağacları qırdırması ilə bağlı nazirlikdən - Açıqlama
Deputatın atasının Xaçmazda ağacları qırdırması ilə bağlı nazirlikdən - Açıqlama8-06-2021, 21:53. Yazar: Admin |
“Mayın 25-də Xaçmazın Fərzəlioba kəndi ərazisində xüsusi mülkiyyətdə olan ərazidə kütləvi şəkildə meşə ağaclarının kəsilməsi qeydə alınıb. İlkin olaraq ziyan hesablanıb. Bunu həyata keçirən “Qərb Ekol” şirkətinə qarşı 7 min manat cərimə tətbiq olunub”. Qarabaginfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saat”da nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə millət vəkili Eldəniz Səlimovun atası Adil Səlimovun Xaçmazın Fərzəlioba kəndində ağacları qırdırması iddiası ilə bağlı suallara cavab verərkən deyib. O qeyd edib ki, bununla bağlı sənədlər Xaçmaz Rayon Prokurorluğuna göndərilib: “Mayın 31-də bu hal davam etdiyi üçün yenidən qeydiyyat aparılıb. 25 min manat ziyan hesablanıb. Sənədlər yenidən prokurorluğa göndərilib. İyunun 2-də o şirkət qoyulan məhdudiyyətlərə heç bir məhəl qoymadan öz əməllərinə davam etdiyi üçün 33 min 40 manat məbləğində ziyan hesablanıb və yenidən prokurorluğa təqdim edilib. Biz hüquq-mühafizə orqanlarının araşdırmasını gözləməliyik”. Qeyd edək ki, məsələ ilə bağlı bir neçə gün əvvəl nazirlikdən bildirilib ki, ərazidə iş aparan “Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov adlı şəxs arasında razılaşma əldə edilib və aqrobağın salınması üçün işlərə başlanılıb. Lakin iş aparan “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmadığı məlum olub. (Qafqazinfo) Geri dön |