Ana Sayfa > Karusel / Gündəm > "AzInTelecom" "AZCLOUD" portalını təqdim edib

"AzInTelecom" "AZCLOUD" portalını təqdim edib


8-06-2021, 16:43. Yazar: Admin

#

 

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC bulud istifadəçilərinə daha bir yenilik təqdim edib.

Nazirlikdən Qarabaqinfo.az-averilən məlumata görə, artıq “AZCLOUD” portalı vasitəsilə müştərilər rahatlıqla müstəqil şəkildə öz İT infrastrukturunu yarada biləcəklər.

“AZCLOUD” bulud həlləri istifadəçinin öz İT infrastrukturunu buludda elastik və çevik şəkildə yerləşdirməsinə imkan verir. Məhz bu baxımdan İT, nəqliyyat, turizm, neft-qaz, kommunal, peşəkar xidmətlər və bu kimi digər sahələrə buludda yerləşdirmə, infrastruktur əsaslı xidmətlər (IaaS), rezervlənmə və daha bir sıra xidmətləri təklif edən və İT siyasətinin təkmilləşdirilməsi məqsədi daşıyan “AZCLOUD Enterprise”dan fərqlənir.

Bu həllər sayəsində rəqəmsal tapşırıqları klassik biznes modeli ilə müqayisədə daha asan və rahat yollarla həll etmək mümkündür. Sözügedən model startap, kiçik və orta biznes, sistem administratorları, developerlər və ümumiyyətlə, virtual sistemdə bu xidmətlərdən yararlanmaq istəyən hər kəsə, sərfəli qiymət və keyfiyyət uyğunluğu qorunmaqla, İT infrastrukturunu təhlükəsiz mühitdə daha tez yerləşdirməyə, miqyaslandırmağa və idarəetməyə şərait yaradır.

Qeyd edilən bulud xidmətlərinin müştərilərin istifadəsinə verilməsi AZCLOUD portalı vasitəsilə təmin ediləcək. Azərbaycan və ingilis dillərində təqdim edilən özünəxidmət platforması – “AZCLOUD” portalı hər bir individual şəxsin asanlıqla qeydiyyatdan keçərək öz şəxsi hesabına daxil olmaqla hesablama, yaddaş və şəbəkə xidmətlərindən istifadə etməsinə şərait yaradır. İstifadəçilər portalda rahat şəkildə İT infrastrukturun tam idarə edilməsi imkanından yararlanmaları üçün elektron müqavilə, elektron invoys, resurslara tam nəzarət, elastiklik və miqyaslandırma kimi bir sıra üstünlüklərlə təmin edilir. Portal daxilində təqdim edilən marketpleysdən ödənişli və ödənişsiz proqram tətbiqlərini əldə etmək mümkündür. Portalın əsas üstünlüklərindən biri də “İstifadə etdiyin qədər ödə” modeli əsasında işləməsidir ki, bu da öz növbəsində istifadəçilərə hər bir xidməti istifadə edəcəkləri saat hesabı üzrə ödəniş etmək imkanı yaradacaq.

Qeyd edək ki, “AZCLOUD” portalı vasitəsilə 10 AZN-dən başlayan qiymətlərlə virtual server əldə etmək mümkündür. “AZCLOUD” portalında qeydiyyatdan keçərkən istifadəçi tərəfindən əlavə edilən debit və ya kredit kartından aylıq istifadə edilən xidmətlər üzrə ödənişlər tutulacaq. Qeyd edilməlidir ki, “AZCLOUD” portalında qeydiyyatdan keçən hər kəs ilk ay ərzində 200 manat dəyərində xidmətlərlə ödənişsiz olaraq təmin ediləcək. Daha ətraflı: https://azcloud.az.

“AZCLOUD” portalı istifadəçilərə ilkin olaraq beta versiyada təqdim olunur.

Xatırladaq ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” uyğunluq sertifikatlarına malik ilk əlçatanlıq zonasıdır.


Geri dön